İndoneziyada daşqın və lava axını səbəbindən ölənlərin sayı 41-ə çatıb
İndoneziyanın Qərbi Sumatra vilayətində şiddətli yağışların yaratdığı daşqınlar, habelə Marapi və Sinqqalanq vulkanlarından soyumuş lava axını nəticəsində 41 nəfər ölüb, 17 nəfər itkin düşüb, onlarla sakin xəsarət alıb.
Fhnews.az İndoneziya mediasına istinadla xəbər verir ki, təbii fəlakət vilayətin əsasən Tanah Datar, Aqam, Paryaman və Padanq Pacanq rayonlarında təsirli olub. Daşqın və lava axını nəticəsində yaşayış məntəqələrində tikililərə, infrastruktura, avtomobil yollarına ziyan dəyib.
İtkin düşənlərin axtarışlarına və təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına mülki müdafiə qüvvələri ilə yanaşı polislər, hərbçilər də cəlb olunub. Daşqınlarla əlaqədar xüsusi qərargah yaradılıb.
Qeyd edək ki, Sumatra adasında şiddətli yağışlar mayın 11-də başlayıb. Ərazidən əhalinin təxliyəsi həyata keçirilir. Bu səbəbdən səlahiyyətli qurumlar ölənlərin, itkin düşənlərin dəqiq sayını bilmir.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...