22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İlon Mask: İki il ərzində süni intellekt insan intellektini üstələyəcək

14-04-2024

Texnoloji milyarder İlon Mask gələn ilin sonuna qədər süni intellektin insan ağlını üstələyəcəyi barədə xəbərdarlıq edib. Mask iki ildən sonra süni intellektin ən ağıllı insandan daha ağıllı olacağını iddia edib və texnologiyanın durmadan inkişafının dəhşətli nəticələrə səbəb ola biləcəyini söyləyib. "Mənim ehtimalım budur ki, gələn ilin sonuna qədər biz hər bir insandan daha ağıllı olan süni intellektə sahib olacağıq. Düşünürəm ki, süni intellektdə həssas hesablamaların sayı  beş il ərzində bütün insanları ötəcək"-deyə  Mask əlavə edib. Əslində Mask beş il ərzində “hissəli süni intellektlərin” sayının insanlardan çox olacağını proqnozlaşdırır. Mask bildirib ki, süni intellektin gücünün heç bir həddi yoxdur: "Əgər süni intellekt bu qədər gücə malikdirsə, o, müxtəlifliyi gücləndirə bilər və eyni növdən və ya eyni cinsdən çoxlu insan olduğuna qərar verə bilər. Müxtəliflik sayı doğru olduğuna inandığı ədədə çatana qədər insan övladını məhv edə bilər."

Qeyd edək ki,  Elon Musk dəfələrlə qabaqcıl süni intellektin bəşəriyyət üçün ən böyük təhlükələrdən biri ola biləcəyi, texnologiyanın potensial təhlükələri barədə xəbərdarlıq edib.

Süni intellektlə bağlı fikrini daim dəyişən texnologiya milyarderi İlon Mask müsahibəsində sosial media platforması X haqqında da danışıb.

Paylaş: