İlon Mask güclü geomaqnit qasırğasının “Starlink” peyklərinə təsirindən danışıb
“SpaceX” kompaniyasının “Starlink” internet peykləri indi güclü geomaqnit qasırğası səbəbindən artan yüklə üzləşir.
Fhnews.az xəbər verir ki, bu barədə amerikalı sahibkar İlon Mask özünün “X” sosial şəbəkə hesabında məlumat verib.
“Hazırda güclü günəş geomaqnit qasırğası var. “Starlink” peykləri ağır yük altındadır, lakin hələlik onlar bunun öhdəsindən gələ bilirlər”, - deyə o bildirib.
Qeyd edək ki, mayın 11-nə keçən gecə ABŞ Meteorologiya Xidməti 2003-cü ildən bəri ilk dəfə Yerə çatan geomaqnit qasırğasının gücünün qiymətləndirilməsini maksimum səviyyəyə qaldırıb.
Mütəxəssislər bildirirlər ki, bu gün Yer kürəsində ən yüksək (beşinci) səviyyəli maqnit qasırğası baş verir; bu, sonuncu dəfə 20 il əvvəl müşahidə olunub. Maqnit qasırğalarının ən çox görülən təsiri başağrılarıdır. Belə ki, maqnit ilğımları və elektrik impulsları səbəbindən baş-beyin neyronlarında həyəcan və həssaslıq artır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...