İctimai şuranın üzvləri ilə görüş keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan hüquqları aylığı” çərçivəsində Fövqəladə Hallar Nazirliyinin nümayəndələri FHN yanında İctimai şuranın üzvləri ilə görüşüblər.
Görüşdə Nazirliyin əməkdaşları tərəfindən FHN-in fəaliyyət istiqamətlərinə uyğun insan hüquqlarının qorunması məsələsinin daim diqqətdə saxlanıldığı vurğulanıb, bu sahədə görülən işlərdən danışılıb. Bu baxımdan Nazirlik yanında İctimai şuranın faydalı bir mexanizm olduğu, cəmiyyəti narahat edən məsələlərin, vətəndaşların problemlərinin operativ şəkildə həllini tapması üçün Şuranın fəaliyyətinin əhəmiyyəti qeyd edilib.
Mövzu ətrafında geniş müzakirələrin aparıldığı görüşdə şura üzvlərini maraqlandıran suallar cavablandırılıb, təkliflər səsləndirilib.
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...
Küləkli hava şəraiti ilə bağlı sarı...