İbu vulkanı püskürdü
İndoneziyanın Şimali Maluku əyalətindəki İbu vulkanında partlayış baş verib. Püskürmədən sonra vulkan 5 dəqiqə ərzində 5 kilometr hündürlüyə kül və tüstü səpib.
Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzinin rəhbəri Hendra Qunavanın sözlərinə görə, vulkanik təkanlar hələ də güclüdür, ona görə də gələcəkdə püskürmə potensialı var. Sakinlərə və turistlərə vulkan kraterinin 5 kilometrliyində olmamaq tövsiyə edilib.
Bölgədə sığınacaq mərkəzləri yaradılsa da, hələlik evakuasiya əmri verilməyib. Hündürlüyü 1325 metr olan İbu vulkanı Halmahera adasının şimal-qərb sahilində yerləşir. Qeyd edək ki, təxminən 270 milyon əhalisi olan İndoneziyada 120 aktiv vulkan var.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...