Hollandiyada süni intellektlə dəstəklənən robot "Theo" lalə istehsalının maya dəyərini azaldır
Hollandiyadakı lalə tarlalarında H2L Robotics tərəfindən istehsal edilən "Theo" adlı süni intellekt dəstəkli avtonom avtomobil sayəsində lalə istehsalının maya dəyəri azaldılıb və daha az kimyəvi maddə ilə daha sağlam kənd təsərrüfatı məhsulu əldə edilməyə başlanıb.
Sensorlardan istifadə edərək robot saniyədə minlərlə görüntünü skan edir, məlumatları təhlil edir və TBV adlı virusdan təsirlənən çiçəklərə yalnız xəstə bitkini öldürən və virusun yayılmasının qarşısını alan məhlul çiləyərək səmərəli kənd təsərrüfatını təmin edir. Mobil proqram vasitəsilə və ya əl ilə idarə oluna bilən robot süni intellektin köməyi ilə çiçəkləri müəyyən edir və onların yerini müəyyənləşdirir.
Tarlalarda əmək xərclərini azaltmaqla gecə-gündüz 24 saat fasiləsiz işləyə bilən bu texnologiya sayəsində virusun yayılmasının və qonşu bitkilərin itkisinin qarşısı alınır və məhsuldarlıq artır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...