Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb
Hindistanın şimal-şərqindəki Manipur ştatında leysan yağışlar və daşqınlarla əlaqədar bütün təhsil müəssisələrinin, o cümlədən məktəb və kolleclərin fəaliyyəti dayandırılıb.
Fhnews.az “Times of India” saytına istinadla xəbər verir ki, son iki gündə, xüsusən də bazar günü ştatda aramsız yağışlar insanların gündəlik həyata təsir göstərib. Ştatın müxtəlif yerlərinə, o cümlədən qərb bölgəsindəki Cançipur və Tera şəhərlərinə düşən dolu nəticəsində evlər və avtomobillər zədələnib.
Ştatın baş nazir əhaliyə xəbərdarlıq edərək, qapalı məkanlarda qalmağa çağırıb. Qeyd edib ki, yerli hökumət insanların həyatını və əmlakını qorumaq, həmçinin zərər çəkənlərə kömək etmək üçün bütün lazımi tədbirləri görür.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...