22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Hindistanda təxminən 47 milyon il əvvəl yaşamış nəhəng ilan fosili tapılıb

19-04-2024

Hindistanda bir mədəndə "indiyə qədər yaşamış ən böyük ilanlardan biri" olduğu təxmin edilən bir ilana aid təxminən 47 milyon illik onurğalar aşkar edilib.Qucarat ştatının qərbindəki linyit kömür mədənində ilana aid 27 fəqərə tapılıb.Elm adamları fəqərələrin hind mifologiyasındakı "ilan padşahı"na istinad edərək "Vasuki indicus" adlandırdıqları və 11-15 metr uzunluğunda olduğu təxmin edilən ilan növünə aid olduğunu bildiriblər.

Təxminən 47 milyon il əvvəl Hindistanda yaşadığı güman edilən ilanın böyük bir pitona bənzədiyini və zəhərli olmadığını deyən araşdırmaçılar, "Vasuki indicus"un çəkisinin 1 ton ola biləcəyini təxmin edirlər. Tədqiqatçılar ilanın təxmini ölçüsünü müəyyən etmək üçün 2005-ci ildə kəşf edilən "Vasuki indicus"un onurğa qalıqlarını canlı ilan skeletləri ilə müqayisə etdiklərini bildiriblər.

Paylaş: