Heyvanların qeydiyyata alınması nə üçün zəruridir?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminə (HİQS) dair yeni videoçarx hazırlanıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, videoçarxda HİQS və bu sistemin üstünlükləri haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, heyvan sağlamlığı və qida təhlükəsizliyi baxımından əhəmiyyətli olan sistemin tətbiqi heyvanların genetik xətt üzrə izlənməsinə və damazlıq işinin təşkilinə töhfə verir. Həmçinin ixrac prosesinin asanlaşmasına münbit şərait yaradır. Heyvanların identifikasiyası, heyvan və heyvan mənşəli məhsulların izlənilməsi ölkəmizdə bioloji təhlükəsizliyin təmin olunması və insan sağlamlığının qorunmasında xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, sahibkarlıq subyektləri həmin videoçarx vasitəsilə HİQS və sistemin üstünlükləri barədə ətraflı məlumat əldə edə biləcəklər.
HİQS-ə dair yeni videoçarxla linkə keçid edərək tanış olmaq mümkündür.
BMT Baş katibi COP29-un...
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...