Heyvan mənşəli məhsullarda preparat qalıqlarının yaranmasının qarşısını necə almaq olar?
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan mənşəli məhsullarda baytarlıq preparatlarının qalıqlarına dair yeni videoçarx hazırlanıb.
Fhnews.az xəbər verir ki, Agentliyin mətbuat xidmətindən verilən məlumata görə, videoçarxda heyvan xəstəliklərinin müalicəsində baytarlıq preparatlarından düzgün qaydada istifadə edilmədikdə və ya lazım olandan artıq istifadə edildikdə ət, süd, yumurta, bal və digər heyvan mənşəli məhsullarda həmin preparatların qalıqlarına rast gəlindiyi bildirilib. Heyvan mənşəli məhsullarda baytarlıq preparatlarının normadan artıq olmasının insanların həyat və sağlamlığına kanserogen təsir göstərməklə yanaşı, allergik reaksiyalara və hətta bütün dünya üçün qlobal sağlamlıq problemi hesab edilən antimikrob müqavimətinin yaranmasına səbəb ola bildiyi vurğulanıb. Eyni zamanda, heyvan mənşəli məhsullarda baytarlıq preparatları qalıqlarının olmasının qarşısını almaq üçün həyata keçirilməsi zəruri sayılan işlər sadalanıb. AQTA tərəfindən hazırlanan “Heyvan mənşəli məhsullarda baytarlıq preparatlarının qalıq miqdarlarına dair Sanitariya Norma və Qaydaları”nda heyvan mənşəli məhsullarda baytarlıq preparatlarının qalıq miqdarlarının yol verilən hədlərinin müəyyən edildiyi bildirilib.
Qeyd edək ki, sahibkarlıq subyektləri bu videoçarx vasitəsilə baytarlıq preparatlarının qalıqlarının yaranması və bunun qarşısının alınması yolları barədə geniş məlumat əldə edə biləcəklər.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...