23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Heydər Əliyev Beynəlxalq Aeroportu “ACI EUROPE 2024” İllik Konqresi və Baş Assambleyasında iştirak edib

04-07-2024
IMG

Heydər Əliyev Beynəlxalq Aeroportu iyulun 2-dən 4-dək İstanbulda keçirilən “ACI EUROPE 2024” 34-cü İllik Konqresində və Baş Assambleyasında iştirak edib. Bu mühüm hadisə sənayenin inkişafının əsas aspektlərini müzakirə etmək üçün Avropanın aparıcı hava limanları rəhbərlərini və aviasiya sənayesi ekspertlərini bir araya gətirir.

Fhnews.az xəbər verir ki, Aeroportdan verilən məlumata görə, iştirakçılar əsas diqqəti geosiyasi amillərin hava limanı sənayesinə təsiri, sərnişin təcrübəsinin təkmilləşdirilməsi, hava limanı infrastrukturunun modernləşdirilməsi və aviasiya sənayesinin karbonsuzlaşdırılmasına yönəldiblər. Öz növbəsində, Heydər Əliyev Beynəlxalq Aeroportu davamlı inkişaf strategiyasını, o cümlədən tullantıların təkrar emalı sistemlərinin, ətraf mühitə təsirin azaldılması üçün innovativ texnologiyaların tətbiqini və digər əsas təşəbbüsləri fəal şəkildə həyata keçirir.

Bununla yanaşı, hava limanı tədbirin sərgi hissəsində qazandığı nailiyyətləri nümayiş etdirib. Sərgidə sərnişinlər və tərəfdaşlar üçün xidmət keyfiyyətinin yaxşılaşdırılması istiqamətində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Qeyd edək ki, Bakı hava limanı bu ilin aprel ayında Beynəlxalq Hava Limanları Şurasına (ACI EUROPE) üzv olub. Bu, dünya hava limanları ilə fəal əməkdaşlıq, hava limanlarının təkmilləşdirilməsi proqramlarında iştirak, potensialın artırılması, menecerlərin peşəkar akkreditasiyası və müştəri xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün unikal imkanlar açıb.

Paylaş: