Hesablama Palatasının nümayəndə heyəti “Ali Audit Orqanlarının 3-cü SAI20” sammitində iştirak edib
Hesablama Palatasının sədr müavini Nəsir Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 16-dan 19-dək Braziliyanın Belem şəhərində keçirilən “Ali Audit Orqanlarının (AAO) 3-cü SAI20” sammitində (SAI20) iştirak edib.
Fhnews.az xəbər verir ki, Palatadan verilən məlumata görə, SAI20 toplantısında üzv dövlətlərin AAO-larının təqdimatları olub, konkret mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb, AAO-ların qarşılıqlı əməkdaşlıq münasibətləri və gələcək fəaliyyətləri müzakirə edilib.
Azərbaycan nümayəndə heyətinin də geniş təqdimatla çıxış etdiyi tədbirin yekununda Birgə Kommunike qəbul olunub. Bu sənəddə İqlim Maliyyəsi və Enerji Keçidləri, Aclıq və Yoxsulluqla Mübarizə ilə bağlı əsas məsələlər üzrə 20 AAO-nun kollektiv mövqeyi və tövsiyələri öz əksini tapıb.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyətinin BƏƏ, Braziliya, Koreya və digər ölkələrin AAO-larının rəhbərləri və nümayəndə heyətləri ilə görüşləri keçirilib, bu görüşlərdə ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində görüləcək tədbirlər müzakirə edilib.
Daha sonra Hesablama Palatasının sədr müavini N.Sadıqov INTOSAI-ın və Braziliya Hesablama Məhkəməsinin prezidenti Bruno Dantasla görüşüb, qurumlar arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Görüş zamanı Bruno Dantas ölkəmizin COP29-a ev sahibliyi ilə bağlı təbriklərini çatdırıb və Bakıya səfərini səbirsizliklə gözlədiyini qeyd edərək gələn il COP30 tədbirinin məhz Belem şəhərində keçirilməsinin planlaşdırıldığını vurğulayıb.
Hesablama Palatasının sədr müavini Braziliya tərəfinə Hesablama Palatasını müxtəlif beynəlxalq təşkilatlarda dəstəklədiyinə görə minnətdarlığını ifadə edib və əlaqələrimizin inkişafının davam etdirilməsinin zəruriliyini bildirib.
Xatırladaq ki, dünyada nüfuzlu təşkilat olan SAI20 G20-yə üzv ölkələrin AAO-ları arasında əməkdaşlığın gücləndirilməsində həlledici rol oynayır, qlobal idarəçilikdə şəffaflıq, hesabatlılıq və effektivliyi təşviq etmək öhdəliyi daşıyır.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...