22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Hemofiliya xəstəliyinin yaranma səbəbləri və dərəcələri hansılardır?

17-04-2024

Hemofiliya faktor VIII və faktor IX çatışmazlığı ilə rast gəlinən irsi qan laxtalanması pozğunluğudur. Adətən daşıyıcı genlər anada olur, oğlan övladlarına ötürülür, bəzən isə genetik mutasiya nəticəsində qız övladlarında da rast gəlinə bilər.

Fhnews.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında nazirliyin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova açıqlayıb.

Onun sözlərinə görə, istər Hemofiliya A, istər Hemofiliya B irsi genetik xəstəlikdir: “Lakin yaş irəlilədikcə və ya bəzi başqa səbəblərdən qan laxtalanması faktoruna qarşı antitel yarana bilər ki, həmin antitel nəticəsində faktor çatışmazlığı Qazanılmış Hemofiliya xəstəliyinə səbəb olur. İstər Hemofiliya A, istər Hemofiliya B xəstələrində faktor səviyyəsindən asılı olaraq xəstəlik üç qrupa ayrılır. Yüngül dərəcə - bu zaman dolaşımdakı faktor səviyyəsi 5-40 faiz arasında olur. Bu cür xəstələrdə spontan qanama olmur. Adətən mayor əməliyyatlar zamanı ciddi qanamalar izlənilə bilər”.

Mütəxəssis-ekspert bildirib ki, serumdakı faktor səviyyəsi - 1-5 faiz olduqda orta dərəcəli hemofiliya kimi dəyərləndirilir: “Həmin xəstələrdə ara-sıra spontan qanama görülə, travmalar və ya əməliyyat əsnasında ciddi qanama izlənilə bilir. Ağır dərəcəli hemofiliya xəstələrində serum faktor səviyyəsi 1 faizdən az olur. Yenidoğulmuş dövründən etibarən oynaq içi, əzələ içi ciddi qanamalar görülə bilir. Ən kiçik əməliyyatlarda belə uzun qanamalar müşahidə edilir”.

Paylaş: