Hazırda ölkə ərazisində duman müşahidə olunur
Duman ilin keçid dövrləri üçün xarakterik olan əsasən gecə və səhər saatlarında müşahidə edilən atmosfer hadisəsidir. Yer səthinə yaxin hava qatında su buxarlarının kondensasiyası nəticəsində duman əmələ gəlib.
Fhnews.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Xəzər dənizi üzərində formalaşan duman qatı cənub-şərq istiqamətli küləklər vasitəsilə Abşeron yarımadasına hərəkət edib.
Bakıda və Abşeron yarımadasında: Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adası, Daşkəsən, Göygöl, Şəmkir, Qax, Balakən, Şəki, Qrız, Yevlax, Göyçay, Cəfərxan, Lerikdə duman müşahidə olunur və görünüş 50-200 metrədək məhdudlaşıb.
Cənub-şərq küləyinin axşama doğru şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da dumanın dağılmasına səbəb olacaq.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...