Hazırda məişət zorakılığından zərər çəkmiş 15 nəfərə reabilitasiya xidmətləri göstərilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsində hazırda 15 nəfərə xidmət göstərilir və onlardan 8-i uşaqlardır.
Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, fərdi iş planı üzrə və digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində onların sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində işlər aparılır.
2021-ci ildə fəaliyyətə başlayan şöbədə müasir tələblərə uyğun şərait yaradılıb. Həmin şəxslərin ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, hüquqlarının müdafiəsi, onların mədəni-asudə vaxtının təşkili və s. üçün tədbirlər görülür.
Ötən dövrdə burada 23-ü uşaq olmaqla 46 nəfərlə reabilitasiya işi aparılıb.
Psixoterapevt: Peşələrini sevən insanlar...
Azərbaycan və Özbəkistan arasında...
Azərbaycanın sosial sahədə e-xidmətlərlə...
Ötən il qanunsuz miqrasiya fəaliyyətləri...
İTSDA: Allergiyaların diaqnostika və...