Həyat üçün əlverişli ekzoplanet tapılıb
Monreal Universitetinin alimləri “Ceyms Vebb” teleskopunun köməyilə aparılan əlavə müşahidələrdə LHS 1140b ekzoplanetinin əsasən azotdan ibarət sıx atmosferə malik olduğunu aşkar ediblər. Hətta bu buz topunun okeana sahib olması da ehtimal edilir.
Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Qırmızı cırtdan ulduzun ətrafında dolanan LHS 1140b Yerdən 48 işıq ili məsafədə, öz ulduzunun “həyat zonasında” yerləşir. Planetin radiusu Yerin radiusundan 1.7 dəfə böyükdür.
Tədqiqatın əsas məqsədi LHS 1140b-nin bərk səthə malik olub-olmamasını müəyyənləşdirmək idi. Bu suala cavab tapmaq üçün isə “Ceyms Vebb” teleskopundan istifadə edilib. Əldə olunan müşahidə materialları da öz növbəsində planetin atmosferində “minineptunlar” üçün xarakterik olan hidrogen qatının olmasını təkzib edib. Müəyyən olunub ki, planet azot, su buxarı və karbondan ibarət ağır atmosferə malikdir. Müşahidələrə əsasən planetin kütləsi haqqında da informasiya əldə etmək mümkün olub. Planetin kütləsi gözlənilən qədər ağır olmadığından, hesab edilir ki, onun 10-20 faizi sudan ibarətdir və planet buz şarıdır. LHS 1140b-nin ancaq bir üzü öz ulduzuna dönük olduğundan, daim günəşə tərəf hissənin buzdan azad olduğu və orta okeanın mərkəzində temperaturun 20°C-dək yüksələ bildiyi ehtimal olunur.
Qeyd edək ki, aşkar olunmuş xüsusiyyətlər LHS 1140b-nin gələcəkdə ekzoplanet atmosferlərinin və “həyat şərtlərinin” araşdırılması üçün ideal obyekt edir.
Tədqiqat işi “The Astrophysical Journal Letters”də çapa qəbul olunub və arxiv.org serverində yerləşdirilib.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...