25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Hava və dəmir yollarında etirazlar Almaniya nəqliyyatını iflic edə bilər

13-03-2024

“Lufthansa” əməkdaşlarının etiraz nümayişi Frankfurt hava limanında 600 uçuşun ləğvi ilə nəticələnəcək və bu, təxminən 70 min sərnişini əhatə edəcək.

Fhnews.az xəbər verir ki, ölkənin ikinci ən böyük hava limanı olan Münhen hava limanında isə 400 reys ləğv ediləcək, bunun da 50 minə yaxın sərnişini əhatə edəcəyi gözlənilir.

Almaniyanın “Ufo” Həmkarlar İttifaqı həftə sonu “Lufthansa” və “Lufthansa Cityline” filialının 19 min əməkdaşını nümayişə səsləyib. Həmkarlar İttifaqı yeni 18 aylıq tarif müqaviləsində əmək haqqının 15 faiz artırılmasını və inflyasiyanı kompensasiya etmək üçün hər işçiyə 3 min avroya qədər birdəfəlik təzminat ödənilməsini tələb edir.

Bundan bir həftə əvvəl Almaniyanın ikinci ən böyük Həmkarlar İttifaqı olan “ver.di” tərəfindən şirkətin quruda işləyən əməkdaşlarının etiraz nümayişi keçirilib.

Qatar sürücülərinin etirazları ilə qarşılaşan Almaniya dəmir yolları, marşrutların beşdə birinin hərəkətinə zəmanət verməli olan fövqəladə plan elan etmək məcburiyyətində qalıb. Bu, yeni əmək müqaviləsi danışıqları çərçivəsində qatar sürücülərinin altıncı nümayişidir.

“GDL” maşinistlər birliyi iş həftəsinin 35 saata endirilməsini tələb edir. Şirkət iş gününün iki mərhələdə 36 saata endirilməsini təklif etsə də, birlik bu təklifi rədd edib.

Paylaş: