Hakimliyə namizədlərlə yazılı imtahan keçiriləcək
Dövlət İmtahan Mərkəzi hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərin yazılı imtahan mərhələsini keçirəcək.
Fhnews.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, hakim vəzifəsinə namizədlərlə yazılı imtahan mərhələsi də kompüterlər vasitəsilə DİM-in elektron imtahanlar korpusunda keçiriləcək.
İmtahanda iştirak etmək üçün 173 nəfər qeydiyyatdan keçib. İmtahan saat 11:00-da başlanır və 4 saat davam edəcək.
Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq. Namizədlər imtahanın başlanmasına ən az 1 saat qalmış imtahan binasının qarşısında olmalıdırlar.
BMU tələbələri “AIRO 2025”də I yeri...
Qarabağ Universiteti abituriyentlər üçün...
DİM 1747 nəfər üçün dövlət qulluğu...
Altı dövlət orqanında daxili...
Müəllimlərin iş yerinin dəyişdirilməsi...