Gürcüstanın Bakuriani bölgəsində qar uçqunu ölümlə nəticələnib
Gürcüstanın Bakuriani kurort bölgəsində baş vermiş qar uçqunu nəticəsində bir nəfər həlak olub. Həlak olmuş şəxsin cəsədi üç gün davam edən axtarışlardan tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Fhnews.az xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarəetmə Xidməti məlumat yayıb.
Bildirilir ki, bir neçə gün əvvəl 5 nəfər Bakurianidə qar uçqunu altında qalmışdı. Xilasedicilər 4 nəfəri sağ olaraq təxliyə ediblər. Bir nəfərin axtarışları davam edib və onun cəsədi martın 31-də tapılaraq qar kütləsi altından çıxarılıb.
Axtarış işlərinə 200-ə yaxın yanğınsöndürən, sərhəd polisi helikopterləri, xilasedici pilotsuz uçuş aparatları, kinoloji xidmət və Gürcüstan Müdafiə Qüvvələrinin nümayəndələri cəlb olunub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...