25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Fukusima faciəsinin 13-cü ildönümü

11-03-2024

Yaponiyada baş verən böyük zəlzələ və sunami fəlakətindən 13 il ötür. 13 il əvvəl baş verən 9 bal gücündə zəlzələ ilə sarsılan Yaponiya da Çernobıldan sonra ən böyük nüvə fəlakəti ilə üzləşib. Fəlakətin 13-cü ildönümündə həlak olanlar yad edilib.

Xatırladaq ki, zəlzələlərdən sonra Fukusima Atom Elektrik Stansiyasının soyutma sistemləri zədələnib. 3 böyük nüvə reaktorunda sızma baş verib.
Yaponiyada nüvə sızmasına səbəb olan zəlzələ 20 mindən çox insanın ölümünə səbəb olub, 160 mindən çox insan bölgəni tərk edib.

Çernobıldan sonra ən böyük nüvə sızmasına şahidlik edən Fukusima bölgəsində yaşayış məntəqələri tamamilə boşaldılıb.

Səlahiyyətlilər bildirirlər ki, sakinlər geri qayıtmazdan əvvəl tam təmizlik təmin edilməlidir.

Mütəxəssislərin sözlərinə görə, elektrik stansiyasında təxminən 880 ton nüvə tullantısının və 1 milyon tondan çox radioaktiv suyun təmizlənməsi üçün onilliklər lazım ola bilər.Bu prosesləri başa çatdırmaq üçün minlərlə işçi lazımdır.

Keçən il Yaponiya elektrik stansiyasının içindəki radioaktiv suyu süzərək yenidən okeana buraxmağa başladı. Bununla bağlı region ölkələri filtrasiyanın kifayət qədər aparılmadığını, okeanın çirkləndiyini və dəniz həyatının təhlükə altında olduğunu iddia edirlər.

Paylaş: