13 may 2025, çərşənbə axşamı Bakı, 21°C
IMG-LOGO

Fransada otelin altından 640 illik qala tapılıb

02-04-2024

Arxeoloqlar Fransanın qərbindəki Vannes bölgəsində yaxın vaxtlara qədər fəaliyyət göstərən “Lagorce Hotel”in həyətində 14-cü əsrə aid qalanın qalıqlarını tapdıqlarını açıqlayıblar.

Adı Château de l'Hermine olaraq bildirilən qala 1380-ci illərdə Brittani hersoqu IV John tərəfindən tikilmişdir.

Milli Preventiv Arxeoloji Tədqiqatlar İnstitutu (INRAP) martın 26-da dərc etdiyi press-relizdə arxeoloqların keçən il aparılan qazıntılar zamanı qala xarabalıqlarının nə qədər yaxşı qorunduğunu görəndə təəccübləndiklərini açıqlayıb.Hersoqun qaldığı evin qalın divarları, çoxsaylı pilləkənləri və xəndəkləri olduğu açıqlanıb.

Aşkar edilənlər arasında qalanın gündəlik həyatı əks etdirən paltarlar, asma qıfıllar, sikkələr, mətbəx texnikası və zinət əşyalarının da olduğu bildirilib.

Bölgədəki rütubətin hətta çəllək kimi taxta əşyaları belə qoruduğu vurğulanıb.

Qeyd edək ki, 10-16-cı əsrlər arasında feodal dövləti olan Brittany vikinqlərin bölgədən qovulmasından sonra qurulub. Kiçik dövlətin hökmdarları soy-kökü ilə müəyyən edilib. IV John 1365-ci ildə hakimiyyətə gəlib. Onun nəvəsi II. Francis hersoqluğun qərargahını Vannesdən köçürdükdə Château de l'Hermine yalnız yüz il istifadə ediib.

2021-ci ildə başlanan işlər nəticə verənə qədər qalanın planı tam məlum olmayıb.Onun eni 42 X17 metr, divarlarının qalınlığının isə 5,5 metr olduğu bildirilib.

Aşkar edilənlər arasında hündürlüyü üç-dörd mərtəbəyə çatan drenaj boruları və tualetlər də var.

Paylaş: