24 noyabr 2024, bazar Bakı, 15°C
IMG-LOGO

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

04-05-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayonu Tıxlı kənd tam orta məktəbində və Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsində, Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsində, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz rayonu, Xudat şəhəri 2 nömrəli tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Salyan rayonu 9 nömrəli tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Tərtər şəhəri 5 nömrəli tam orta məktəbində və Aran Regional Mərkəzi tərəfindən Ağdaş Dövlət Humanitar Kollecində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

 

Paylaş: