24 noyabr 2024, bazar Bakı, 14°C
IMG-LOGO

Fövqəladə Hallar Nazirliyi tərəfindən Nizami Rayon İcra Hakimiyyətində “dəyirmi masa” keçirilib

01-05-2024
IMG

Fövqəladə Hallar Nazirliyi Regional Mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi Bakı Regional Mərkəzi ilə birgə “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, təxliyə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi zamanı birgə fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirib.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Aparatı və qurumlarının əməkdaşları, Bakı şəhərinin rayon Fövqəladə Hallar üzrə Komissiya sədrləri və üzvləri, Bakı şəhər Baş Polis İdarəsi, Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “Azərişıq” ASC, “Azəriqaz” İstehsalat Birliyi, “Azərsu” ASC-nin “Bakı Sukanal” idarəsinin məsul əməkdaşları iştirak edib.

Tədbiri giriş sözü ilə açan FHN Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov Mərkəzin yerli icra hakimiyyəti və digər aidiyyəti orqanlarla hər il keçirilən birgə tədbirlərin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsindəki əhəmiyyətinə toxunub.

“Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, təxliyə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi zamanı Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti və digər aidiyyəti orqanlarla birgə fəaliyyətinin təşkili” mövzusunda təqdimatla çıxış edən Bakı Regional Mərkəzi rəisinin birinci müavini polkovnik İlqar Səfərov paytaxtda təxliyə tədbirlərinin planlaşdırılması, həmçinin rabitə və xəbərdarlıq vasitələrinin, kollektiv mühafizə qurğularının, eləcə də fərdi mühafizə vasitələrinin daim saz və hazır vəziyyətdə saxlanılması üçün zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Paytaxtın rayon icra hakimiyyəti başçılarının 1-ci müavinləri - Fövqəladə Hallar üzrə Komissiya sədrləri 2024-cü ildə rayon ərazisində fövqəladə halların nəticələrinin aradan qaldırılması, təxliyə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi istiqamətində görülmüş işlər, qarşılıqlı fəaliyyətin təşkilinin cari vəziyyəti, bu sahədə mövcud problemlər və atılacaq addımlar barədə çıxışlar ediblər.

İnteraktiv müzakirələr fonunda davam edən tədbirdə içtirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Paylaş: