22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Fövqəladə Hallar Nazirliyi tərəfindən COP29 ilə əlaqədar maarifləndirmə xarakterli növbəti tədbir keçirilib

12-06-2024
IMG

Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən Tədbirlər planına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən maarifləndirmə xarakterli tədbirlər davam etdirilir.

Bu çərçivədə keçirilən növbəti tətdbirdə Nazirliyin qurumlarının vəzifəli şəxsləri və əməkdaşları iştirak edib.

Tədbiri giriş sözü ilə açan FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru Aqşin Kazımov Azərbaycanın ev sahibliyi ilə keçiriləcək COP29 Tərəflər Konfransının əhəmiyyətindən danışaraq, bu mötəbər tədbir ilə əlaqədar müvafiq təhlükəsizlik sahəsində görülən işlər haqqında ümumi məlumat verib.

Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev COP29 ilə əlaqədar maarifləndirmə xarakterli tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışaraq, bu cür tədbirlərin Nazirliyin müvafiq qurumlarında təşkil edilməsinin vacibliyini qeyd edib.

Sonra təqdimatla çıxış edən FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini Əkbər Quliyev müasir dünyanı narahat edən qlobal ətraf mühit problemləri və iqlim dəyişmələrinin başvermə səbəbləri, bunun minimuma endirilməsi üçün Azərbaycan Respublikasının səylərini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Dövlət Yanğın Nəzarəti Xidmətinin Dövlət yanğın nəzarəti işinin təşkili şöbəsinin rəis müavini daxili xidmət polkovnik-leytenantı Məhərrəm Novruzov Xidmət tərəfindən COP29-a hazırlıqla əlaqədar aidiyyəti üzrə görülən işlər barədə ətraflı məlumat verib.

Tədbirdə iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Paylaş: