22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Floridada 14 yaşdan kiçiklər üçün sosial media qadağası

26-03-2024

ABŞ-nın Florida ştatının qubernatoru Ron DeSantis Florida ştatında 4 yaşından kiçik uşaqların sosial mediaya girişini qadağan edən və 16 yaşından kiçiklərin girişini məhdudlaşdıran qanunu imzalayıb.

DeSantis 14 yaşından kiçik uşaqların sosial media hesabı açmasını qadağan edən və 14-15 yaşlı uşaqların valideynlərinin icazəsi ilə hesab açmasına icazə verən qanunla bağlı açıqlama verib. O, sosial medianın uşaqlara depressiya, özünə zərər vermə və intihar kimi müxtəlif fəsadlara yol açdığını bildirib.

Qərarın əleyhdarları Floridada qanunun konstitusiyaya zidd olduğunu iddia edərək, oxşar qanunların digər ştatlarda məhkəmələr tərəfindən ləğv edildiyini xatırladırlar.

Qanunun 2025-ci il yanvarın 1-dən qüvvəyə minməsi gözlənilir.

Paylaş: