24 noyabr 2024, bazar Bakı, 11°C
IMG-LOGO

FHN-in Sumqayıt Regional Mərkəzi tərəfindən COP29 ilə əlaqədar maarifləndirmə xarakterli tədbir keçirilib

05-06-2024
IMG

Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Tədbirlər planına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzi tərəfindən maarifləndirmə xarakterli toplantı keçirilib.

Tədbirdə FHN Sumqayıt Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət AgentliyininSumqayıt Şəhər və Abşeron Rayon İcra hakimiyyətləri, Polis idarələri, təcili tibbi yardım stansiyalarının, Dövlət Turizm Agentliyinin müvafiq vəzifəli şəxsləri, COP29-la əlaqədar ölkəyə gələcək qonaqların yerləşdirilməsi nəzərdə tutulan, dislokasiya ərazisinə daxil olan otellərin nümayəndələri iştirak ediblər.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev COP29 konfransının ölkəmizdə keçirilməsinin böyük əhəmiyyət daşıdığını bildirib, iştirakçılara iqlim konfransına aidiyyəti üzrə hazırlıq prosesi haqqında ətraflı məlumat verib.

Digər çıxış edən natiqlər COP29-un Azərbaycanda keçirilməsinin kifayət qədər əlamətdar hadisə olduğunu qeyd edərək, ölkəmizin BMT-nin ən böyük tədbirlərindən birinə ev sahibliyi hüququ qazanmasını növbəti tarixi qələbə adlandırıblar.

Müşavirədə COP29-un təşkili və keçirilməsi ilə bağlı Tədbirlər planı üzrə aidiyyəti məsələlərin icra vəziyyəti müzakirə olunub.

Paylaş: