FHN-in Sumqayıt Regional Mərkəzi “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə tədbir keçirib (video, foto)
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Xırdalan şəhər 23 nömrəli körpələr evi-uşaq bağçasında “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə maarifləndirmə tədbiri keçirib.
Tədbirin keçirilməsində məqsəd uşaqların təhlükəsizliyinə diqqətin artırılması, tərbiyəçi-müəllim və uşaqların fövqəladə hallarla bağlı davranış qaydaları sahəsində biliklərinin artırılmasına, bağçalarda baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
Tədbirdə FHN-in yerli qurumlarının, Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları, bağçanın tərbiyəçi-müəllimləri və uşaqlar iştirak ediblər.
Əvvəlcə, bağçada təhsil alan uşaqların əl işləri nümayiş olunub, ədəbi-bədii hissə təqdim edilib.
Sonra tədbirdə təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları haqqında məlumat verilib, videoçarxlar nümayiş olunub, maarifləndirmə xarakterli təbliğat materialları və yaddaş kitabçaları paylanılıb.
Sonda bağçanın həyətində FHN-in yanğın-xilasetmə vasitələri təqdim olunub, uşaqların sualları cavablandırılıb.
Psixoterapevt: Peşələrini sevən insanlar...
Azərbaycan və Özbəkistan arasında...
Azərbaycanın sosial sahədə e-xidmətlərlə...
Ötən il qanunsuz miqrasiya fəaliyyətləri...
İTSDA: Allergiyaların diaqnostika və...