FHN-in Şimal Regional Mərkəzi təlim keçirib
Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzi tərəfindən 2024-cü ilin hazırlıq planına uyğun olaraq təlim keçirilib.
Təlimdə FHN-in regionda fəaliyyət göstərən yerli qurumlarının struktur və bölmələrinin xilasediciləri iştirak edib.
Təlimin keçirilməsində məqsəd xilasetmə əməliyyatlarına cəlb olunan əməkdaşların nəzəri və praktiki biliklərinin artırılması, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili, hündürmərtəbəli binalardan, mürəkkəb relyefli ərazilərdən zərərçəkmişlərin təxliyəsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsindən ibarət olub.
Uğurla icra olunan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Azərbaycan və Özbəkistan arasında...
FHN tərəfindən “Yaz-yay fəsillərində sel...
Azərbaycanın sosial sahədə e-xidmətlərlə...
Ötən il qanunsuz miqrasiya fəaliyyətləri...
İTSDA: Allergiyaların diaqnostika və...