FHN-in Şimal-qərb Regional Mərkəzi Zaqatala Rayon İcra Hakimiyyətində “dəyirmi masa” keçirib
Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Zaqatala Rayon İcra Hakimiyətində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda dəyirmi masa keçirilib.
Toplantıda Nazirliyin aidiyyəti yerli qurumlarının, Zaqatala Rayon İcra Hakimiyyətinin və rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların məsul vəzifəli şəxsləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov tədbirin əhəmiyyətindən danışıb, fövqəladə hallarla mübarizə üzrə qurumların qarşılıqlı fəaliyyətinin vacibliyini vurğulayıb.
Sonra çıxış edən FHN-in Şimal-qərb Regional Mərkəzinin rəisi polkovnik Ceyhun Babayev fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı informasiya mübadiləsinin həyata keçirilməsi, fövqəladə hadisələr zamanı mülki müdafiənin təşkili, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyəti, bu sahədə görülən işlər, problemlər və onların həlli yolları barədə geniş məlumat verib.
Daha sonra toplantıda baş verə biləcək irimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi, rayon ərazisində olan qüvvələrin fövqəladə hallara hazırlıq səviyyəsi, əhalinin maarifləndirilməsi, mühafizəsi, xəbərdarlıq, mühafizə vasitələri ilə təminatı, əhalinin təxliyəsi və digər bu kimi mülki müdafiə tədbirləri barədə müzakirələr aparılıb, müvafiq təkliflər verilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...