FHN-in Şimal-qərb Regional Mərkəzi nümunəvi dərs keçirib
Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib.
Dərsin keçirilməsində məqsəd müəllim və tələbələrin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, təhsil müəssisəsində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
Tədbirdə FHN-in regionda fəaliyyət göstərən aidiyyəti qurumlarının məsul əməkdaşları, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialın rəhbər şəxsləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər Azərbaycanda dövlət səviyyəsində əhalinin təhlükəsizliyinə göstərilən diqqətdən, bu istiqamətdə aparılan işlərdən, müxtəlif maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıblar.
Nümunəvi dərsdə FHN-in əməkdaşları tərəfindən mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına ümumi məlumat verilib, mövzuya aid fotoslaydlar nümayiş etdirilib.
İnteraktiv formada keçən tədbirdə suallar ətraflı cavablandırılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...