24 noyabr 2024, bazar Bakı, 15°C
IMG-LOGO

FHN-in regional mərkəzlərində silsilə mülki müdafiə kursları keçirilib

08-05-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri tərəfindən “2024-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən silsilə mülki müdafiə kursları keçirilib.

Belə ki, Şimal-qərb Regional Mərkəzi tərəfindən “Təlim-tərbiyə işləri üzrə direktor müavinləri” və “İnzibati ərazi dairəsi üzrə nümayəndələr”, Sumqayıt Regional Mərkəzi tərəfindən İnzibati ərazi dairəsi üzrə nümayəndələr” və “Bələdiyyə sədrləri”, Aran Regional Mərkəzi tərəfindən “İnzibati ərazi dairələri üzrə nümayəndələr”, Qarabağ Regional Mərkəzi tərəfindən “Xilasetmə manqa komandirləri”, Şimal Regional Mərkəzi tərəfindən “Rabitə manqa komandirləri və Cənub Regional Mərkəzi tərəfindən “İctimai təhlükəsizliyin mühafizəsi manqalarının komandirləri” kateqoriyaları üzrə mülki müdafiə kursları keçirilib.

Kursların keçirilməsində əsas məqsəd mülki müdafiə, o cümlədən fərdi və kollektiv mühafizə vasitələrindən, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından istifadə qaydaları barədə müvafiq biliklərin verilməsi, kurs iştirakçılarının mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi olub.

Kurslarda kollektiv mühafizə vasitələrindən istifadə, təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış, fərdi və kollektiv mühafizə vasitələrindən, xilasetmə alət və avadanlıqlarından istifadə qaydaları izah edilib, həmçinin mövzulara aid fotoslayd və videoçarxlar nümayiş etdirilib.

Kursların yüksək səviyyədə keçirilməsi üçün FHN-in digər qurumlarının yerli struktur bölmələrinin əməkdaşları da tədris prosesində iştirak ediblər.

Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.

Paylaş: