FHN-in nümayəndəsi beynəlxalq konfransda iştirak edib
Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Nicat Əliyev Bolqarıstanın Sofiya şəhərində keçirilmiş “İnterpol Qlobal Geiger konfransı və hüquq-mühafizə orqanlarına dəstək proqramı” adlı beynəlxalq konfransda iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd iştirakçı ölkələrdə radioaktiv və nüvə materiallarının aşkar edilməsi üsullarının və belə hadisələrin qarşısını almaq üçün mövcud təcrübənin (aşkarlama, qiymətləndirmə, məlumatların toplanması, faktların təhlili və s.) təkmilləşdirilməsindən ibarət olub.
Tədbirdə Azərbaycan FHN-in nümayəndəsi Nicat Əliyev təqdimatla çıxış edib.
Konfrans çərçivəsində aidiyyəti sahələr üzrə gələcək inkişaf perspektivləri və təcrübə mübadiləsinə dair geniş müzakirələr aparılıb.
Psixoterapevt: Peşələrini sevən insanlar...
Azərbaycan və Özbəkistan arasında...
FHN tərəfindən “Yaz-yay fəsillərində sel...
Azərbaycanın sosial sahədə e-xidmətlərlə...
Ötən il qanunsuz miqrasiya fəaliyyətləri...