FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının komandanlığında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Mədəniyyət Nazirliyinin Milli Azərbaycan Tarix muzeyinin Vətən müharibəsi fondunun müdiri Tarix İnstitutunun doktorantı, tarixçi alim Şəfa Mövsümov iştirak edib.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə 15 iyun 1993-cü il ərəfəsində cərəyan edən hadisələr barədə ətraflı məlumat verilib, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs olunub. Qeyd edilib ki, Ümummilli Lider 1993-cü ilin iyun ayında sonsuz məhəbbətlə sevdiyi xalqının çağırışına səs verdi və həyatını riskə ataraq ölkəmizi parçalanmaq, vətəndaş müharibəsi təhlükəsindən xilas etdi, dövlət müstəqilliyimizi qorudu və möhkəmləndirdi. Məhz Ulu Öndərin əsasını qoyduğu mütərəqqi siyasi kursun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa edən dövlətimiz regionun liderinə, dünya birliyinin nüfuzlu üzvünə çevrilib.
Çıxışlardan sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə, Milli Qurtuluş Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Tədbir Mülki müdafiə qoşunlarının Nümunəvi orkestrinin ifasında konsert proqramı ilə davam edib.
BMT Baş katibi COP29-un...
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...