FHN-in Mülki müdafiə qoşunlarında Müstəqillik Günü qeyd olunub
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının komandanlığında 28 May – Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan Tarixi şöbəsinin müdiri, elmlər doktoru Cəbi Bəhramov, Bakı Mühəndislik Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru dosent Bilal Dədəyev, Mədəniyyət Nazirliyinin Milli Azərbaycan Tarixi muzeyinin Vətən müharibəsi fondunun müdiri, Tarix İnstitutunun doktorantı, tarixçi alim Şəfa Mövsümov və Mülki müdafiə qoşunlarının şəxsi heyəti iştirak edib.
Tədbirdə çıxış edənlər müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının böyük tarixi hadisə olduğunu bildiriblər. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi mürəkkəb şəraitdə üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib.
Çıxışlarda bildirilib ki, yenidən müstəqilliyinə qovuşmuş Azərbaycan bu gün qüdrətli dövlətə, dünyada söz və nüfuz sahibinə çevrilib. Məhz xalqın istəyi və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı parçalanmaqdan xilas etdiyini, dövlətçilik ənənələrinin qorunması üçün qətiyyətli tədbirlər gördüyünü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdiyini vurğulayan natiqlər bu gün Ulu Öndərin əsasını qoyduğu mütərəqqi siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün tam bərpa olunduğunu fəxarətlə diqqətə çatdırıblar.
Tədbirdə Azərbaycanın yenidən müstəqilliyinin qazanılmasında və cümhuriyyət irsinin təbliğində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri və hazırda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mühüm tədbirlər haqqında ətraflı məlumat verilib.
Daha sonra Müstəqillik Gününün tarixinə həsr olunmuş sənədli film nümayiş olunub və tədbir Mülki müdafiə qoşunlarının Nümunəvi Orkestrinin ifasında konsert proqramı ilə davam etdirilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...