FHN-in Muğan Regional Mərkəzi rəhbər heyətin nümunəvi obyekt mülki müdafiə məşqi keçirib
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan şəhərində yerləşən “13 nömrəli Yol İstismarı” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.
Məşqdə Muğan Regional Mərkəzinin və “13 nömrəli Yol İstismarı” MMC-nin əməkdaşları, Şirvan Şəhər İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının üzvləri iştirak edib.
Məşqin keçirilməsində əsas məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması və bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.
Məşq zamanı rəhbər heyət tərəfindən yaranmış ekstremal vəziyyətlə əlaqədar idarəetmənin təşkili üzrə fəaliyyəti qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...