FHN-in “N” saylı hərbi hissəsində andiçmə mərasimi keçirilib
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra andiçmə mərasimində çıxış edənlər Mülki müdafiə qoşunları heyəti sıralarına daxil olan gənc əsgərləri andiçmə mərasimi münasibətilə təbrik ediblər.
Tədbirdə qeyd olunub ki, Ümummilli Liderin mütərəqqi siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Ordumuz Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan əzəli torpaqlarımızı 44 günə işğaldan azad etdi, 24 saat davam edən lokal xarakterli antirerror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı quruculuq işləri uğurla davam etdirilir.
Çıxış edən gənc əsgər Kazımov Ramazan Cəmil oğlu hərbçi yoldaşları adından əsgəri borcu şərəflə yerinə yetirəcəklərinə, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkən insanların xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərinə, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirəcəklərinə, Vətənə və dövlətə sədaqətlə xidmət edəcəklərinə vurğulayıb.
Valideyin Qurbanov İsmət çıxışında gənc əsgərlərin hərəbi and içməsinin hər bir valideyn üçün sonsuz qürur mənbəyi olduğunu diqqətə çatdıraraq, Fövqəladə Hallar Nazirliyinin komandir heyətinə, övladlarının vətənə layiqli xidmət göstərməsində, hərbi hazırlığında zəhməti olan hər kəsə minnətdarlığını bildirib.
Hərbi andı qəbul edən gənc əsgərlər ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qanları və canları bahasına qoruyacaqlarına, Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına and içiblər.
Mərasim şəxsi heyətin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.
Psixoterapevt: Peşələrini sevən insanlar...
Azərbaycan və Özbəkistan arasında...
FHN tərəfindən “Yaz-yay fəsillərində sel...
Azərbaycanın sosial sahədə e-xidmətlərlə...
Ötən il qanunsuz miqrasiya fəaliyyətləri...