22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in Gəncə Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirib

14-05-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Samux rayonunda yerləşən  Samux Suvarma Sistemləri  İdarəsində  “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirib.

Məşqin keçirilməsində əsas məqsəd fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən rəhbər heyətinin funksional vəzifələrini yerinə yetirmələri üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirməkdən, fövqəladə hadisələrin qarşısının alınması işində təşkilatçılığın və operativliyinin artırılmasından ibarət olub.

Məşqdə şərti fövqəladə hadisə ilə əlaqədar rəhbər heyətin mülki müdafiə qüvvələrinin idarə edilməsi üzrə fəaliyyəti simulyasiya edilib. 

Sonda məşqin yekunu təhlil edilib, aidiyyəti üzrə tapşırıqlar verilib.

Paylaş: