FHN-in Gəncə Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqləri keçirib (video, foto)
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Şəmkir şəhəri, Fərman Salmanov adına tam orta məktəbdə və Ağstafa şəhəri, 3 nömrəli tam orta məktəbdə nümunəvi mülki müdafiə məşqləri keçirilib.
Məşqlərin keçirilməsində məqsəd mülki müdafiə üzrə tədbirlər planının reallığının yoxlanılması, məktəb kollektivinə mülki müdafiə sahəsində müvafiq biliklərin və əməli vərdişlərin aşılanması olub.
Tədbirlərin nəzəri hissəsində məktəblərin kollektivinə mülki müdafiənin əsas prinsipləri, fovqəladə hallar və bununla bağlı davranış qaydaları barədə ətraflı məlumat verilib.
Praktiki hissədə isə baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar məktəb kollektivinin təxliyəsi, “zərərçəkmişlərə ilkin yardımın göstərilməsi” və digər əməliyyatlar icra olunub.
Uğurla keçən məşqlərdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...