22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

29-04-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Göygöl şəhər E.Vəliyev adına 5 nömrəli tam orta məktəbində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi mülki müdafiə məşqi keçirilib.

Rayon təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə keçirilən məşqin məqsədi mülki müdafiə üzrə tədbirlər planının reallığının yoxlanılması, məktəb kollektivinə mülki müdafiə sahəsində müvafiq biliklərin və əməli vərdişlərin aşılanması olub.

Məşqin nəzəri hissəsində məktəb kollektivinə mülki müdafiənin əsas prinsipləri, fovqəladə hallar və bununla bağlı davranış qaydaları barədə ətraflı məlumat verilib.

Tədbirin praktiki hissəsində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar məktəb kollektivinin təxliyəsi, odsöndürən balonla yanğın mənbələrinin söndürülməsi və digər əməliyyatlar icra olunub.

Uğurla keçən məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Paylaş: