FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Masallı Rayon İcra Hakimiyyətində "Təbii fəlakətlər zamanı əhalinin davranışı” mövzusunda toplantı keçirilib.
Tədbirdə FHN-in yerli qurumları, Masallı Rayon İcra Hakimiyyəti və özünüidarəetmə orqanlarının məsul şəxsləri, müvafiq idarə və müəssisə rəhbərləri, eləcə də rayon sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyətin əhəmiyyəti, tikintidə, dağ-mədən və sənaye işlərində təhlükəsizlik qaydaları, su hövzələrində baş verə biləcək suda boğulma hadisələrinin qarşısının alınması və sularda insanların təhlükəsizliyinin təmin edilməsi, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələbləri barədə geniş məlumat veriblər.
Sonda mövzularla bağlı fotoslayd və videoçarx nümayiş olunub, suallar cavablandırılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...