22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in Bakı Regional Mərkəzi “dəyirmi masa” keçirib

01-06-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin birgə təşkilatçılığı ilə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı birgə fəaliyyətin təşkili məsələlərinə həsr olunmuş “dəyirmi masa” keçirilib.

Tədbirdə Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov, FHN-in Aparatı və qurumlarının əməkdaşları, Azərbaycan Şəhər, Qəsəbə və Kənd bələdiyyələrinin Milli Assosiasiyalarının, Bakı şəhər Baş Polis İdarəsi, “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, “Azərişıq” ASC, “Azəriqaz” İB, Bakı Sukanal İdarəsi, “Bakı Telefon Rabitəsi” MMC, “Təmiz Şəhər” ASC-nin məsul nümayəndələri, Bakı şəhəri rayonları və qəsəbələrinin bələdiyyə sədrləri iştirak edib.

Tədbirdə çıxış edən Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov, Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Vüsal Paşayev və digər natiqlər fövqəladə hallarla mübarizə üzrə qarşılıqlı fəaliyyətin hazırki vəziyyəti, mövcud əlaqələr, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat veriblər.

İnteraktiv müzakirələr fonunda davam edən tədbirdə birgə fəaliyyətin daha da təkmilləşdirilməsi üzrə təkliflər səsləndirilib, geniş fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

Paylaş: