FHN-in Aran Regional Mərkəzi təlim keçirib
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaşların xilas edilməsi” mövzusunda təlim keçirib.
Təlim Regional Mərkəzin şəxsi heyətinin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə, o cümlədən gecə vaxtı baş verən fövqəladə hallar zamanı çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilib.
Təlim zamanı xilasedicilər vətəndaşların bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə şərti çağırış üzrə dərhal hadisə yerinə çatıb, “halsız vəziyyətdə olan vətəndaşları xilas edərək” xüsusi vasitələrlə yüksək mərtəbədən aşağı endiriblər.
Təlimdən sonra əldə edilən nəticələrin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.
COP29-da yeni iqlim hədəfi müəyyən...
Antonio Quterreş: COP29-da əldə olunmuş...
COP29: Bakı 1,3 trilyon dollarlıq yeni...
COP29-un bağlanış plenar iclası...
Marina Silva: İqlim maliyyəsi ilə bağlı...