22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Fəlakətdən aylar sonra …“Titan”dan gələn sirli səslər...

29-02-2024

Ötən yay Atlantik Okeanında yoxa çıxan və “Titanik”in qalıqlarını ziyarət etmək istəyən milyarderlərin məzarına çevrilən dəniz sualtı  gəmisi “Titan”dan  gələn qorxulu səslər aylar sonra yenidən dünya gündəminə gəlib.

Aysberqə çarpdıqdan sonra batan “Titanik” gəmisinin qalıqlarını ziyarət etmək istəyən turistləri daşıyan dəniz vasitəsi “Titan” 18 iyun 2023-cü ildə 5 sərnişini ilə birlikdə okeanın dərinliklərinə enib. 6,5 metr uzunluğunda olan dəniz gəmisi ilə əlaqə suya dalışdan 1 saat 45 dəqiqə sonra kəsilib.
Düz 111 il sonra “Titanik”lə eyni aqibəti yaşayan “Titan OceanGate”in işində  bu şirkətin baş direktoru Stockton Rush (61), britaniyalı milyarder Hamish Harding (58), fransız dənizçi və kəşfiyyatçı Paul-Henri Nargeolet (73), pakistanlı iş adamı Şahzadə Davud (48) və  19 yaşlı oğlu Süleyman olub. Sərnişinləri xilas etmək üçün edilən bütün cəhdlər ümidsizliklə yekunlaşıb. Günlər sonra edilən açıqlamada “Titan”ın suya daldıqdan təxminən 90 dəqiqə sonra içəriyə doğru partladığı açıqlanıb.Yüksək təzyiqin vasitənin parçalanmasına səbəb olduğu və “Titan”ın içəriyə qatlanaraq çökdüyü düşünülür.

Yaxın zamanda yayımlanması gözlənilən "The Titan Sub Disaster: Minute by Minute" adlı İngiltərə istehsalı olan sənədli filmdə fəlakətdən saatlar sonra dəniz vasitəsindən gələn sirli səslər ilk dəfə olaraq yayımlanıb.

Xatırladaq ki, Şimali Atlantik okeanının dibində qalan “Titan” sualtı gəmisinin qalıqları oktyabrın 4-də tapılıb.

Paylaş: