Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb
Mayın 6-sı saat 18:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, Gədəbəy, Quba, Şəki, Qax, İmişli, Biləsuvar, Neftçala, Sabirabad, Cəfərxan, Astara, Yardımlı, Lerik, Lənkəranda yağış, Şahdağda zəif qar yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi əsib, Bakıda və Abşeron yarımadasında 17 metr/saniyəyədək güclənib.
Neft Daşları hidrometeoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15°, Naxçıvan Muxtar Respublikasında 9°, Aran rayonlarında 22°, dağlıq rayonlarda 13°-dək isti olub.
BMT Baş katibi COP29-un...
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...