Faktiki hava: Bəzi bölgələrdə şimşək çaxır, arabir leysan yağır
İyunun 8-də saat 17:00-a olan məlumata əsasən, Tovuz, Göygöl, Daşkəsən, Gədəbəy, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Balakən, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Altıağac, Quba, Qrız, Şahdağ, Qusar, Ceyrançöl, Xaltanda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Fhnews.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Qrız, Şahdağda duman müşahidə olunur.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 32°, Naxçıvan Muxtar Respublikasında 32°, Aran rayonlarında 34°, dağlıq rayonlarda 17°-dək isti olub.
Psixoterapevt: Peşələrini sevən insanlar...
Azərbaycan və Özbəkistan arasında...
Azərbaycanın sosial sahədə e-xidmətlərlə...
Ötən il qanunsuz miqrasiya fəaliyyətləri...
İTSDA: Allergiyaların diaqnostika və...