Estoniyada bahalı xarici raketləri əvəz etmək üçün pilotsuz uçuş aparatlarının istehsalına başlamaq təklif olunur
Estoniya öz zərbə dronlarını istehsal etməyə başlamalıdır, çünki onlar ölkəyə daha ucuz başa gələcək və bahalı tank əleyhinə raketləri əvəz edə biləcək.
Fhnews.az xəbər verir ki, bunu ölkənin müdafiə qüvvələrinin komandanı Martin Herem bildirib.
Onun sözlərinə görə, iqtisadi baxımdan Estoniya üçün yerli dronlar daha sərfəli olardı. “Bir tank əleyhinə raketin qiyməti 100 min avrodan çoxdur. 2 kiloqram ağırlığında bir yük daşıyan pilotsuz təyyarə təxminən 2 min avroya başa gəlir. Həmin pula 50 belə pilotsuz təyyarə düzəltmək olar, həm də Estoniyada", - deyə “ERR” Dövlət Teleradio portalı Heremin sözlərindən sitat gətirib.
Martin Herem qeyd edib ki, dronun hədəfə vurma ehtimalı 20 faizdən az olsa da, bir neçə PUA bu vəzifənin öhdəsindən gələ bilər.
Estoniyada kəşfiyyat PUA istehsal edən “Threod Systems” şirkətinin baş direktoru Arno Vaykın sözlərinə görə, gələcəkdə ölkə zərbə dronlarını da istehsal etməyə başlaya bilər. "İstənilən kameralı drona qumbara quraşdırıla bilər. Ukraynada bunu edirlər, texniki cəhətdən o qədər də çətin deyil", - deyə o qeyd edib.
“Estoniya bahalı mərmilərdən istifadə edən böyük PUA istehsalçısı olan ABŞ-ı nümunə götürməməlidir”, - o bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...