Elm və Təhsil Nazirliyinə on beş gün ərzində 27 mindən çox vətəndaş müraciəti daxil olub
Aprelin 16-dan 30-dək Elm və Təhsil Nazirliyinə, eləcə də qurumlarına ümumilikdə 27 525 vətəndaş müraciəti daxil olub.
Fhnews.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, müraciətlərin 18 min 575-i çağrı mərkəzləri, 710-u sosial media, 3334-ü vatsap vasitəsilə, 986-sı elektron, 925-i yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 2995 müraciət qeydə alınıb.
Müraciətlər müəllimlərin yerdəyişməsi və işə qəbulu, birinci sinfə qəbul, lisey və gimnaziyalara qəbul prosesi, sertifikatlaşdırma və digər məsələlərlə bağlı olub.
Türkiyədə fəaliyyət göstərən...
Məktəbəhazırlıq qruplarının və 1-ci...
“Çin indiki zamanda” layihəsi...
Eksternat imtahanları üçün sənəd...
Pakistan nümayəndə heyəti BDU-da olub...