13 may 2025, çərşənbə axşamı Bakı, 20°C
IMG-LOGO

Ekvadorda quraqlıq

17-04-2024

Güclü quraqlıq və “El Nino” iqlim hadisələri səbəbindən enerjisinin böyük hissəsini su elektrik stansiyalarından təmin edən Ekvadorda enerji sahəsində “fövqəladə vəziyyət” elan edilib. Əl-Cəzirədə yer alan xəbərə görə, Ekvador prezidenti Daniel Noboa Quayaquil şəhərində verdiyi açıqlamada ölkənin enerji sektorundakı kritik vəziyyəti təsdiqləyib.

Noboa Ekvadorun enerji sektoru üçün fövqəladə vəziyyət elan etdiklərini açıqlayıb.Mövcud enerji probleminin təxribat nəticəsində yarandığını bildirən Noboa bunun kimlər kimlər tərəfindən həyata keçirildiyi barədə heç bir məlumat paylaşmayıb.

Digər tərəfdən Noboa da energetika naziri Roberto Lukenin istefasını tələb edib.

Yeni təyin olunmuş nazir isə bildirib ki, ölkənin enerji böhranını həll etmək üçün qısamüddətli həll yoxdur.Ekvadordakı enerji şirkətləri  paytaxt Kito da daxil olmaqla bir çox şəhərdə elektrik enerjisinin kəsiləcəyi saatlarla bağlı məlumatları ictimaiyyətlə paylaşıb.Elektrik enerjisindən istifadəni azaltmaq üçün gündə orta hesabla 2 saatdan 5 saata qədər fasilələr tətbiq edilir.

Paylaş: