22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Ekvadorda enerji böhranı səbəbindən iki gün iş dayandırılıb

18-04-2024

Ekvador hökumətinin qərarına əsasən, ölkənin üzləşdiyi enerji böhranı səbəbindən aprelin 18-i və 19-u dayandırılmş iş günləri elan olunub.

Fhnews.az “BNN Bloomberg” saytına istinadla xəbər verir ki, dövlət və özəl sektora şamil edilən fərman prezident Daniel Noboa tərəfindən imzalanıb. Fərmana əsasən, dövlət sektorunda dayandırılmış iş günləri sonrakı günlərdə əlavə bir saatla bərpa olunacaq. Özəl sektorda isə bərpa forması işəgötürənlərlə işçilər arasında “qarşılıqlı razılaşma” əsasında müəyyən ediləcək.

Bazar günündən etibarən Ekvadorun bir neçə bölgəsi gözlənilməz və təkrarlanan elektrik kəsilməsi ilə üzləşib. Energetika Nazirliyi vəziyyəti uzun sürən quraqlıq, su elektrik stansiyalarında minimum axın səviyyəsi, temperaturun yüksəlməsi və elektrik infrastrukturuna texniki qulluq göstərilməməsi ilə əlaqələndirib. İlkin araşdırma göstərib ki, nazirliyin məsul şəxsləri enerji sisteminin fəaliyyəti üçün vacib olan məlumatları qəsdən gizlədiblər.

Paylaş: