22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Efes Qədim Şəhərində ulduzların altında tarixə səyahət başladı

02-05-2024
IMG

UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan Türkiyənin İzmir bölgəsindəki Efes Qədim Şəhəri gecə muzeyi təcrübəsi çərçivəsində yenilənmiş işıqlandırması ilə qonaqlarını qarşılayır.

İzmirin Səlcuq rayonunda yerləşən və ilk məskunlaşması Neolit Daş dövrünə təsadüf edən Efes Hellenistik, Roma, Bizans, Beyliklər və Osmanlı dövrlərindən izləri ilə Anadolunun bənzərsiz zənginliyini nümayiş etdirir.

Efes Antik dövrün ticarət və siyasi mərkəzi olması ilə yanaşı, dünyanın yeddi möcüzəsindən biri sayılan Anadolunun qədim ana ilahəsi ənənəsinə əsaslanan Artemida məbədinin xarabalıqları ilə də tarix həvəskarlarının diqqətini çəkir.

Hər il dünyanın müxtəlif yerlərindən yüz minlərlə ziyarətçini özünə cəlb edən təxminən 2300 illik Efes Qədim Şəhərinin bənzərsiz gözəllikləri  Mədəniyyət və Turizm Nazirliyinin "Gecə Muzeyi" tətbiqi ilə gün batdıqdan sonra ziyarət edilə bilər. 

Sahil bölgələrində, xüsusən də yay aylarında yüksək temperatur səbəbiylə gün ərzində çimərliklərə üstünlük verən turistlərin dəniz sahilindəki muzeyləri ziyarət etmələrini təmin etmək məqsədi daşıyan tətbiq çərçivəsində qədim şəhər LED işıqlandırma sistemi ilə işıqlandırılıb. 

İşıqlandırılmış qədim şəhərdə eramızın 2-ci əsrinə aid Celsus Kitabxanası, Aqora meydanı, Kuretes küçəsi, Domitian məbədi, Trayan fəvvarəsi, 25 min nəfərlik böyük qədim teatr, stadion və qədim liman işıqlandırmanın yaratdığı fərqli ab-hava ilə diqqəti cəlb edir.

Eni 21, hündürlüyü 17 metr olan işıqlandırılmış Celsus Kitabxanası zəngin memarlıq dekorasiyası ilə gecələr görənləri heyran edir.Gecələr ziyarət edilə bilən ərazilər arasında qədim zamanlarda Efesin görkəmli şəxslərinin yaşadığı Yamaçevlər də var.

Paylaş: